Dünya futbolu
4-cü ildə 23-cü məşqçini qovdu
Misirin ən məşhur klublarından olan “Zəmələk”də n&…
Misirin ən məşhur klublarından olan “Zəmələk”də növbəti dəfə məşqçi istefası qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, "Zəmələk”in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi. Məhz həmin vaxtdan Mortada “Zəmələk”də prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur ardıcıl məğlub olduqdan və Afrika Konfederasiyalar Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 23-cü dəfə məşqçi istefasına əl atıb.
Mortadanın qovduğu mütəxəssislər arasında məşhur şotland Aleks Makliş və Misir yığmasının əfsanəvi futbolçusu olmuş Mido da var. Birinci postunda cəmi 65, ikinci isə 37 gün qalmışdı.
“Zəmələk” Misir çempionatında 3-cü pillədə qərarlaşıb və lider “Əl-Əhli”dən 25 xal geri qalır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”