Ölkə futbolu
“Qarabağ” Billiata yaxşı pul verəcək”
Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunu…
Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane bu komandanın şərəfini qoruyan Xama Billiatla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis adı uzun müddətdi "Qarabağ"la yanaşı hallanan futbolçu ilə bağlı açıqlamasında onun "Qarabağ"a keçidinin reallaşmaq üzrə olduğunu bildirib:
“Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir. Eşitdiyimə görə, onlar Billiata yaxşı pul verəcəklər. Xama bizimlə müqaviləni yeniləmədiyi üçün onunla görüşüb söhbət etməli oldum. Açıq danışsaq, Billiat bizə beş gözəl il bəxş etdi. Artıq onu buraxmağın vaxtı çatıb”.
Zimbabveli hücumçunun xidmətində "Qarabağ"la yanaşı, ABŞ və Misir klubları da maraqlıdı.
2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı forvard Zimbabve millisinin üzvüdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?