Ölkə futbolu
Azərbaycanlı hakim İsveçrə – İngiltərə matçında
Azərbaycanlı hakim Rza Məmmədov 17 yaşadək futbolçulardan…
Azərbaycanlı hakim Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, FİFA referi köməkçisi A qrupu çərçivəsində keçiriləcək İsveçrə – İngiltərə qarşılaşmasında birinci köməkçi kimi iş başında olacaq. Oyunun baş hakimi isə rumıniyalı Mirça Horatyu Fesnik olacaq.
Sözügedən qarşılaşma mayın 10-da baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, hazırda A qrupunda lider olan İngiltərənin 6 xalı var. Üç xalı olan İtaliya və İsveçrə 2 və 3-cü yerləri bölüşürlər. Qrup sonuncusu İsrail isə xalsızdı. Sabah keçiriləcək qarşılaşmalardan sonra qrupdan növbəti mərhələyə çıxacaq iki komandanın adı məlum olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”