Dünya futbolu
“Arsenal” uduzdu, “Çelsi” xal itirdi – VİDEOLAR
Futbol üzrə İngiltərə Premyer Liqasında 31 və 35-ci turlard…
Futbol üzrə İngiltərə Premyer Liqasında 31 və 35-ci turlardan təxirə salınmış bir neçə oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün "Arsenal" səfərdə "Lester"lə qarşılaşıb və məğlubiyyətə üzülüb.
Artıq çempionluğu təmin etmiş "Mançester Siti" doğma meydanda "Brayton"a qalib gəlib.
ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Tottenhem” “Nyuaksl”ı qəbul edib və minimal hesabla üstün olub.
Hotspurluların ən yaxın izləyicisi “Çelsi” isə evdə “Haddersfild”lə qarşılaşmada xal itkisi ilə üzləşib. Bu heç-heçə sayəsində “Haddersfild”in elitada qalacağı dəqiqləşib.
İngiltərə Premyer Liqası
31-ci turdan təxirə salınmış oyunlar
9 may
Lester – Arsenal 3:1
Qol: İhenaço, 14. Vardi, 76-pen. Mahrez, 90 – Obameyanq, 53.
Mançester Siti – Brayton 3:1
Qol: Danilo, 16. B.Silva, 34. Fernandinyo, 72 – Ulloa, 20.
Tottenhem – Nyukasl 1:0
Qol: H.Keyn, 50.
35-ci turdan təxirə salınmış oyun
9 may
Çelsi – Haddersfild 1:1
Qol: Alonso, 62 – Depoitre, 50.
–
–