Dünya futbolu
Millimizin hücumçusu oynamadı, komandası elitanı tərk etdi
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyun…
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Dəniz bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Bu tur həm də sözügedən klubun elitanı tərk etməsinin rəsmiləşməsi ilə əlamətdar olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?