Dünya futbolu
Araz mövsümün son matçında 28 dəqiqə oynadı
Futbol üzrə Kipr çempionatında mövsümün s…
Futbol üzrə Kipr çempionatında mövsümün sonuncu – 36-cı turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də son matçına çıxıb. Sözügedən kollektiv səfərdə Nikosiya APOEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Araz da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 62-ci dəqiqəsində meydana buraxılıb.
Bununla da 69 xala malik Famaqusta təmsilçisi mövsümü üçüncü pillədə başa vurub. Kipr çempionatının bürünc medallarını qazanan Arazın komandası növbəti mövsümdən Avropa Liqasında mübarizə aparmaq hüququna da yiyələnib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…