Dünya futbolu
Kosta-Rikanın da DÇ-2018 üçün heyəti açıqlandı
Bu yay Rusiyada təşkil olunacaq dünya çempionatının da…
Bu yay Rusiyada təşkil olunacaq dünya çempionatının daha bir iştirakçısı mundiala üçün yekun heyətini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, söhbət Kosta-Rika millisindən gedir.
Belə ki, Kosta-Rika Futbol Federasiyası bu ölkə yığmasının DÇ-2018-ə aşağıdakı 23 futbolçu ilə yollanacağını açıqlayıb:
Qapıçılar: Keylos Navas, Patrik Pemberton, Leonel Moreyra;
Müdafiəçilər: Kristian Qamboa, Yan Smit, Ronald Matarrita, Brayan Ovyedo, Oskar Duarte, Cankarlo Qonsales, Fransisko Kalvo, Kendall Uoston, Conni Akosta;
Yarımmüdafiəçilər: David Qusman, Eltsin Teheda, Selso Borxes, Rendall Asofeyfa, Rodni Uolles, Brayan Ruis, Daniel Kolindres, Kristian Bolanyos;
Hücumçular: Yohan Veneqas, Joel Kempbell, Marko Urenya.
Qeyd edək ki, Kosta-Rika iyunun 14-də start götürəcək DÇ-də Serbiya, Braziliya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”