Ölkə futbolu
“Zirə” üstündü, amma…
Topaz Premyer Liqasının son turunda bütün diqqətlər &ldq…
Topaz Premyer Liqasının son turunda bütün diqqətlər “Sumqayıt” – “Zirə” matçında olacaq. Məhz bu qarşılaşma böyük ölçüdə 4-cü pillənin sahibini müəyyənləşdirəcək.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasına vəsiqə uğrunda yarışan komandalar 12-ci dəfə üz-üzə gələcəklər. Son 3 ildəki rəqabətdə “Zirə” rəqibini qabaqlayır. Belə ki, bakılılar 5 dəfə qələbəyə seviniblərsə, “Sumqayıt” 3 matçda rəqibini məğlub edib. Top fərqində də üstünlük “Zirə”nin tərəfindədi – 13:9.
Tərəflərin son 5 duelində paytaxt təmsilçisi meydanı qolsuz tərk etməyib. Ancaq “Sumqayıt” son 3 ev görüşündə rəqibinə uduzmayıb – 1:0, 1:1, 2:1. Ümumiyyətlə, “Zirə” Sumqayıtda yeganə qələbəsini 2016-cı il, fevralın 6-da qazanıb (2:0).
Qeyd edək ki, mayın 20-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyunu saat 17:15-də başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?