Dünya futbolu
İngiltərə Kubokunu “Çelsi” qazandı – VİDEO
Futbol üzrə İngiltərə Kubokunda mövsümə yekun vuru…
Futbol üzrə İngiltərə Kubokunda mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, paytaxt Londondakı “Uembli” stadionunda baş tutan finalda “Çelsi” və “Mançester Yunayted” klubları üz-üzə gəliblər. Həlledici qarşılaşmada cəmi bir qol qeydə alınıb və penalti şansından maksimum yararlanan London təmsilçisi qalib gələrək kuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, bu, “Çelsi”nin tarixində 8-ci belə uğurdur. “Zadəganlar” 1970, 1997, 2000, 2007, 2009, 2010 və 2012-ci illərdə də kuboka sahib çıxıblar.
“Mançester Yunayted” isə finallarda 8-ci məğlubiyyətini almaqla ən çox kubok qazanmış (13 dəfə) “Arsenal”a çatmaq şansını boşa verib. “Qırmızı şeytanlar” 12 dəfə kuboka sahib çıxıblar.
İngiltərə Kuboku
Final
19 may
Çelsi – Mançester Yunayted 1:0
Qol: Azar, 22-pen.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”