Dünya futbolu
Paşayevin komandası mövsümü qələbə ilə başa vurdu
Futbol üzrə Ukrayna çempionatında mövsümə yek…
Futbol üzrə Ukrayna çempionatında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da 2017/18 mövsümündə son matçına çıxıb. Sözügedən klub 32-ci tur çərçivəsində doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Pavel 18-ci dəqiqədə sarı vərəqə də alıb.
"Aleksandriya" mövsümü 45 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə başa vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?