Dünya futbolu
A Seriyasında mövsümə yekun vuruldu – VİDEOLAR
Futbol üzrə İtaliya A Seriyasında 2017/18 mövsüm&uum…
Futbol üzrə İtaliya A Seriyasında 2017/18 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempion “Yuventus” mövsümə “Verona” ilə ev matçı ilə yekun vurub. Üç qolun qeydə alındığı qarşılaşmada Turin təmsilçisi qələbə qazanan tərəf olub.
Son oyun günündə isə A Seriyasından Çempionlar Liqasına son vəsiqənin sahibinin və aşağı liqaya düşəcək sonuncu komandanın adına aydınlıq gəlib.
Romada, “Olimpiko” stadionunda “Latsio” “İnter”i qəbul edib. Meydan sahiblərinə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə üçün heç-heçə də sərf edirdi. Luçano Spallettinin yetirmələri isə ÇL “bilet”i üçün paytaxtdan 3 xalla qayıtmalıydı. Beş qolun qeydə alındığı dramatik görüşdə sevinən tərəf qonaqlar olublar.
A Seriyasını tərk edəcək son komandanın adına isə “Napoli” – “Krotone” və SPAL – “Sampdoriya” matçlarında aydınlıq gəlib. Həm “Krotone”nin, həm də SPAL-ın eyni – 37 xalı vardı. Son turda daha yaxşı nəticə əldə edəcək komanda A Seriyasında yerini təmin edəcəkdi. Hər iki matçda eyni nəticə qeydə alınsa, şəxsi oyunlarda daha yaxşı nəticəyə malik SPAL yüksək liqada qalacaqdı. "Krotone" Neapol səfərindən məğlubiyyətlə qayıdıb. SPAL isə doğma meydanda qələbə qazanmaqla elitadakı yerini qoruyub.
Beləliklə, çempion olan "Yuventus"la yanaşı, gümüş və bürünc medalların sahibi olan "Napoli"ylə "Roma", eləcə də son anda "Latsio"nu 5-ci pilləyə düşürən "İnter" növbəti mövsümdən İtaliyanı ÇL-də təmsil edəcək.
"Latsio", "Milan" və "Atalanta" isə Avropq Liqasında mübarizə aparmaq hüququ qazanıb.
"Krotone", "Verona" və "Benevento" isə elitanı tərk edib.
İtaliya A Seriyası
38-ci tur
19 may
Yuventus – Verona 2:1
Qol: Ruqani, 49. Pyaniç, 52 – Çerçi, 76.
20 may
Cenoa – Torino 1:2
Qol: Pandev, 80 – Falke, 30. Bazelli, 58.
Milan – Fiorentina 5:1
Qol: H.Çalhanoğlu, 23. Kutrone, 41; 59. Kaliniç, 49. Bonaventura, 76 – Simeone, 20.
Kalyari – Atalanta 1:0
Qol: Keppitelli, 87.
Kyevo – Benevento 1:0
Qol: İnqlese, 49.
Napoli – Krotone 2:1
Qol: Milik, 23. Kallexon, 32 – Tumminello, 90.
SPAL – Sampdoriya 3:1
Qol: Antenuççi, 4-pen; 52. Qrassi, 50 – Kovnaçki, 65.
Udineze – Bolonya 1:0
Qol: Fofana, 30.
Latsio – İnter 2:3
Qol: Perişiç, 9-avtoqol. Anderson, 41 – Dambrosio, 29. İkardi, 78-pen. Vesino, 81.
Sassuolo – Roma 0:1
Qol: Peqolo, 45-avtoqol.
–
–
–
–
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…