Dünya futbolu
Nuri Şahin Almaniyada həftənin futbolçusu oldu
Almaniyanın məşhur futbol dərgisi “Kikker” Bundesliqad…
Almaniyanın məşhur futbol dərgisi “Kikker” Bundesliqada həftənin oyunçusunu seçib. Futbolinfo.az xəbər verir ki, “Ruhr” derbisində “Şalke”ni 3:1 hesabı ilə məğlub edən Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Nuri Şahin göstərdiyi yüksək səviyyəli oyuna görə həftənin oyunçusu seçilib.
Həmin oyunda möhtəşəm bir qola da imza atan Nuri üçün alman mətbuatı “Borussiya”nın oyununu meydanda dirijor kimi idarə etdi” sözlərini ifadə edib.
Qeyd edək ki, Türkiyə millisinin şərəfini qoruyan futbolçu cari mövsümdə Dortmund klubunun formasıyla çıxdığı 10 oyunda 1 qola imza atıb.