Dünya futbolu
“Barselona” Valdesin yerini doldurdu?
"Barselona" "Borussiya"nın (Münhenqladbax) q…
"Barselona" "Borussiya"nın (Münhenqladbax) qapıçısı Andre Ter Stegenlə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı gənc qolkiper yeni mövsümdən etibarən Kataloniya klubunda forma geyəcək.
Bu xəbəri İspaniyanın “El Mundo” qəzeti yayıb. Qəzetin xəbərinə əsasən, “Barsa”nın idman direktoru Andoni Zubizarreta artıq Münhenqladbax təmsilçisinin nümayəndələri ilə görüşüb. Tərəflər arasında ilkin müqavilə də imzalanıb. Katalonlarbu transfer üçün 10 milyon avro ödəyəcəyi iddia edilib.
Qeyd edək ki, “Barselona”nın bu addımı yayda Viktor Valdesin “Monako”ya getmə ehtimalını nəzərə alaraq atdığı güman edilir.