Ölkə futbolu
Fariz Nəcəfov: “Planlarımız dəyişməyəcək”
“Azarkeşə kubok lazım idi ki, onu da əldə edə bilmədik. O…
“Azarkeşə kubok lazım idi ki, onu da əldə edə bilmədik. Onların narazılıqlarını normal qəbul edirəm” – bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Ölkə kubokunun finalında “Keşlə” ilə oyundan sonra açıqlama verən klub rəsmisi komandanın gələcək strategiyasından danışarkən planlarda dəyişiklik olmayacağını vurğulayıb: “Bizim strategiyalarımız əvvəlcədən müəyyənləşdirilmişdi. Ona görə bu oyunun gələcək planlarımıza bir dəxli olmayacaq”.
Fariz Nəcəfov baş məşqçi Roman Qriqorçuk haqqında danışarkən onun gedəcəyini də təsdiqləyib: “Qriqorçuk haqqında sabah qərar verəcəyik, amma əgər özü gedəcəyini deyibsə, deməli, gedəcək”.
Klub rəsmisi yeni baş məşqçinin hələlik məlum olmadığını da sözlərinə əlavə edib (apasport.az).
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd