Dünya futbolu
“Beşiktaş” üçün Adebayor iddiası
Türkiyənin “Beşiktaş” klubu daha əvvəl də trans…
Türkiyənin “Beşiktaş” klubu daha əvvəl də transfer təklifi etdiyi Emanuel Adebayoru rənglərinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Andre Villaş-Boaş hücum xəttində Roberto Soldado və Jermen Defoya üstünlük verdiyi üçün arxa planda qalan toqolu forvard “Beşiktaş”a keçməyə daha yaxındı.
“Beşiktaş”ın vitse-prezidenti Ahmet Nur Çebi İngiltərə mətbuatına verdiyi açıqlamasında Adebayorla hələ avqustdan bəri görüşdüklərini, lakin transferin baş tutmadığını bildirib: “Qış transfer pəncərəsində oyunçunu transfer etməyi planlaşdırırıq. Lakin onu kluba gətirmək elə də asan məsələ deyil”.