Dünya futbolu
Qaret Beyl "Mançester Yunayted"ə gedir?
İspaniya La Liqasının son turu çərçivəsində ke&cce…
İspaniya La Liqasının son turu çərçivəsində keçirilmiş “El klassiko” sonrası yaranan söz-söhbətlər bitmək bilmir. Futbolinfo.az xəbər verir ki, Madrid “Real”ının əzəli rəqibinə 1:2 hesabıyla uduzması bəzi oyunçularla da bağlı müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.
İspaniyanın “El Pais” qəzeti yazır ki, meydanda Qaret Beyl olmadan mübarizə aparan “Real” daha güclüdü. Dünyanın ən bahalı oyunçusu olmasına baxmayaraq, onun komandasına heç bir faydasının olmadığı iddia olunur.
Məhz bu üzdən də “Real”a istəniləni verə bilməyən Beylin mövsümün sonunda İngiltərənin “Mançester Yunayted” klubuna keçəcəyi barədə xəbərlər yayılmağa başlayıb.