Dünya futbolu
“Milan”da ciddi itki
İtaliyanın “Milan” klubunun argentinalı futbolçu…
İtaliyanın “Milan” klubunun argentinalı futbolçusu Matias Silvestre təxminən iki həftəlik sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi A Seriyasının 9-cu turu çərçivəsində “Parma” ilə oyunda zədələnib.
Klubdan verilən məlumata görə, Silvestre 10 gün sonra daha bir tibbi müayinədən keçəcək. Yalnız bundan sonar onun dəqiq hansı gün məşqlərə çıxacağna dair qərar veriləcək.
Qeyd edək ki, Matias bu yay İtaliyanın digər klubu “İnter”dən bir illik icarəyə götürülüb.