Dünya futbolu
Blatter Ronaldodan üzr istədi
FİFA prezidenti Yozef Blatter "Real"ın ulduz futbolç…
FİFA prezidenti Yozef Blatter "Real"ın ulduz futbolçusu Kriştianu Ronaldo haqda verdiyi açıqlamaya görə üzr istəyib. Futbolinfo.az xəbər verir ki, Blatter "Real"ın prezidenti Florentina Peresə yazdığı məktubda bunları bildirib:
"Mən sadəcə, Messinin hər ananın sahib olmaq istədiyi bir övlad olmağını demək istədim. Məncə, Ronaldo və Messi eyni səviyyəli oyunçudu. İkisi də inanılmaz işlər bacarır və oyun tərzlərinə görə ən yaxşılardandırlar. Məqsədim əsla kimisə utandırmaq olmayıb. Mən uşaqlıqdan "Real"a azarkeşlik etmişəm".
Qeyd edək ki, Blatter Messi və Ronaldonu müqayisə edərkən Ronaldonun bərbərxanada çox vaxt keçirdiyini, Messinin isə hər ananın sahib olmaq istədiyi övlad olduğunu bildirmişdi.