Dünya futbolu
Ünal Aysaldan millət vəkilinə dəvət
"Qalatasaray"ın prezidenti Ünal Aysal noyabrın 5-də …
"Qalatasaray"ın prezidenti Ünal Aysal noyabrın 5-də Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə keçirilən matça millət vəkilini dəvət edib. Futbolinfo.az xəbər verir ki, Aysal millət vəkili, keçmiş "cim-bom"lu Hakan Şükürü və digər komanda yoldaşı Bülent Korkmazı oyunu izləməyə dəvət edib.
Klub prezidentinin göndərdiyi dəvətdə bildirilir: "Türkiyə futbol tarixinin ən böyük uğuru 2000-ci il mayın 17-də Kopenhagendə "Parken" stadionunda "Arsenal" üzərində qələbə olmuşdu. "Qalatasaray"ın keçmiş kapitanları Bülent Korkmaz və Hakan Şükürü həmin meydanda görmək bizlər üçün şərəf olar. Çiyninin çıxmasına baxmayaraq oyuna davam edən Bülent və Hakanı bizimlə birgə görmək istəyirik".
Qeyd edək ki, 2000-ci il mayın 17-də "Qalatasaray" "Parken" stadionunda "Arsenal"a qalib gələrək UEFA kubokuna sahib çıxmışdı.