Dünya futbolu
Zidan “Qızıl Top” namizədini açıqladı
"Real"ın məşqçisi Zinəddin Zidan "Qızıl to…
"Real"ın məşqçisi Zinəddin Zidan "Qızıl top" mükafatına namizəd gördüyü futbolçuların adlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis Kriştianu Ronaldo və ya Frank Riberinin bu mükafatı qazanacağına inandığını bildirib:
"Qızıl Top”a layiq olan futbolçular çox deyil. Ancaq Ronaldo və Riberini bu mükafata layiq görürəm. Məncə onlardan biri bunu qazanacaq. Təəssüf ki, "Qızıl Top" bir dənədi. Əgər iki dənə olsaydı, hərəsinə birini verərdilər. Ümid edirəm ki, mükafatı ən layiqli futbolçu qazanacaq".
Qeyd edək ki, builki "Qızıl Top"u almaq üçün 23 namizəd futbolçu var.