Ölkə futbolu
Emeqara: “Ümid edirəm ki, etimadı doğruldacam”
“Qarabağ”ın yeni transferi, ikinci dəfə bu komandaya q…
“Qarabağ”ın yeni transferi, ikinci dəfə bu komandaya qayıdan İnnosent Emeqara geri dönüşündən danışıb.
Futbolinfo.az-a açıqlama verən hücumçu Ağdam klubuna döndüyü üçün xoşbəxt olduğunu bildirib.
Forvard azarkeşlərə də təşəkkür edib: “Hər kəsə təşəkkür edirəm. Sosial şəbəkələrdə də azarkeşlərdən xeyli isti münasibət gördüm. Buna görə sevinirəm. Sevinirəm ki, bura qayıtdım. Ümid edirəm komandama lazımı qədər kömək edib, azarkeşlərin ümidini, mənə güvənənlərin etimadını doğruldacam”.
Emeqara Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Kukesi” ilə matçda meydanda olub-olmayacağına da aydınlıq gətirib: “Bura yeni gəlmişəm və hələlik yorğunam. Amma matç üçün hazır olacam. Ümid edirəm ki, meydana çıxıb 100 faizimi ortaya qoyacam. Bunun üçün əlimdən gələni etməyə hazıram. Komandama təbii ki, kömək etmək niyyətim var”.
29 yaşlı futbolçu “Qarabağ” və “Kukesi” arasında keçirilən ilk oyundan danışıb: “Həmin vaxt Bakıya gəlmək üçün yolda idim. Bu səbəbdən oyunu diqqətlə izləyə bilmədim. Sonradan matçın icmalına baxdım. Görünən odur ki, rəqib müdafiədə daha çox oynamağı sevən komandadır. Evdə belə oynayıblarsa, səfərdə daha çox müdafiə olunacaqlar. Bakıda onlara qalib gəlmək üçün daha çox kəsərli və təhlükəli hücumlar etməliyik. Bunu bacaracağımıza inanıram”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?