Ölkə futbolu
“Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində!
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA &C…
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya təmsilçisi “Kukesi” ilə cavab matçına çıxıb. Səfərdə keçirilən ilk oyunda qolsuz heç-heçə edən “köhlən atlar” doğma meydanda qələbə qazanmağa borclu idi.
Təmsilçimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib. Üç cavabsız qolla qalib gələn Ağdam klubu ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.
Bu cütün görüşündə qələbə qazanan komanda ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcəkdi. Bakıdakı görüşdə uduzan komanda isə Avropa Liqasına yollanacaqdı. Həmin komandanın rəqibi “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi olacaq. "Qarabağ" ÇL-də yoluna BATE ilə davam edəcək. "Kukesi" isə mübarizəni Avroliqada davam etdirəcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
1 avqust
Qarabağ – Kukesi 3:0
Qol: D.Kintana, 24-pen; 57-pen. C.Delarj, 89.
Matçın 53-cü dəqiqəsində İ.Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: A.Alla, 52.
(ilk oyun 0:0)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Hrka.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kukesi: 77. Stivi Fraşeri, 4. Yili Şameti (k), 6. Albi Alla, 7. Arber Sirbya, 9. Sebino Plaku, 15. Harallamb Qaqi, 20. Simo Rumbullaku, 23. Besar Musolli, 24. Edis Maliki, 26. Villiam Kordeyro, 33. İrakli Dzariya.
Ehtiyat oyunçular: 1. Yetmir Başa, 5. Rüstem Hoca, 8. Vangel Zquro, 10. Donyet Şkodra, 28. Haris Harba, 90. Rejinaldo, 99. Dino Şpehar.
Baş məşqçi: Armando Kunqu.