Dünya futbolu
Avroliqada daha bir xoşbəxt bəlli oldu
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları ke&cc…
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacaq daha bir klubun adına aydınlıq gəlib.
Bu, Belçikanın “Genk” klubu olub. Doğma meydanda keçirilmiş ilk oyunda Lüksemburq “Fola Eş”inə 5 cavabsız qolla qalib gələn bu komandanın belə bir üstünlüyü əldən verəcəyi inandırıcı görünmürdü. Səfərdə də darmadağına imza atan belçikalılar növbəti mərhələyə yüksəliblər.
Avroliqanın qalan bütün qarşılaşmaları isə avqustun 2-də keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
Pünik (Ermənistan) – Tobol (Qazaxıstan) 1:0 (ilk oyun 1:2)
1 avqust
Fola Eş (Lüksemburq) – Genk (Belçika) 1:4 (0:5)