Ölkə futbolu
“Sumqayıt” Sumqayıtda məşqlərə başladı
“Sumqayıt” 2018/19 futbol mövsümünün …
“Sumqayıt” 2018/19 futbol mövsümünün 1-ci turu üçün hazırlığa start verib.
Futbolinfo.az xəbər verir k, Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 2 gün müddətinə istirahətə buraxılmış komanda bu gün saat 18:15-də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda məşqə çıxıb. Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.
Qeyd edək ki, “Sumqayıt” çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.