Ölkə futbolu
“Qarabağ” üçün BATE
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çemp…
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə çıxacağı halda hansı komanda ilə qarşılaşacağı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, bu, Belarus çempionu BATE olub.
Borisov təmsilçisi Finlandiyada HİK-lə cavab matçında 2:1 hesabıyla qələbə qazanaraq cütün qalibi olub. 21-ci dəqiqədə qonaqlar Rafinyanın avtoqoluyla hesabı açıb. Bundan 3 dəqiqə sonra BATE-nin futbolçusu İqor Staseviç hesabı 2:0 edib. Finlər 28-ci dəqiqədə hesab arasında fərqi minimuma endirsələr də, bundan artığına gücü çatmayıb. Bu komandalar arasında ilk oyunda qalib müəyyənləşməmişdi.
"Qarabağ" BATE-yə rəqib olacağı təqdirdə ilk matçı avqustun 7-8-də evdə keçirəcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası "Kukesi"ylə hazırda davam edən cavab matçında ilk hissədən sonra hesabda 1:0 irəlidədi. Albaniyadakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.