Bizi izləyin

Ölkə futbolu

BATE-ylə oyun üçün qazanılan Mahir

BATE-ylə oyunlar bu qədər asan olmayacaq. Qorxmaq olmaz, amma ehtiy…

blank
BATE-ylə oyunlar bu qədər asan olmayacaq. Qorxmaq olmaz, amma ehtiyatı əldən verməyib, hazırlaşmaq lazımdı. Daha diqqətlə, daha məsuliyyətlə.
 
Dünən “Kukesi”ylə oyunda “Qarabağ” ötənmövsümkü komandaya daha çox oxşayırdı. Heyətin güclənməsi ilə ağdamlıların oyununa da rəng gəlib. Səviyyəli futolçular çoxaldıqca oyunun keyfiyyəti artır, komanda daha inamlı təsir bağışlayır.
 
“Qarabağ” bu mövsüm Çempionlar Liqasında top buraxmayıbsa, buna görə rəqiblərinin zəifliyinə, bəzən bəxtə də minnətdar olmalıdı. Çünki başlanğıcda komanda o qədər də inamlı deyildi. Zaman keçdikcə forma toplamağa başlayan komanda zövq verir. “Kukesi” hətta ilk mərhələdəki “Olimpiya”dan da aşkar zəif idi və yaxşı ki, bu oyunları qəzasız bitirmək oldu.
 
Qəribə hissdi. Respublika stadionunun sehrli aurası var. Arenaya yaxınlaşarkən asta addımlarla irəliləyən istənilən adam hasarlara çatan kimi tələsməyə başlayır. Oyunun başlamasına yarım saatdan çox qalsa da, tribuna divarlarının həndəvərinə çatan kimi bir andaca içəri çatmaq üçün səbirsizlənirsən. Oyunun startına xeyli vaxt qaldığını bilə-bilə tələsirsən. Sanki tamaşanı qaçırmaq qorxusu, yazılacaq tarixin bir hissəsi olmaq arzusu bir-birinə qarışır. Sənan Şəfizadənin azarkeşləri coşdurmaq üçün etdiyi fəallıq da adrenalini qaldırır.
 
“Qarabağ”ı bu oyuna rəqib də motivasiya etmişdi. Albaniya klubunun üzvləri açıqlamaları ilə futbolçularımızı arxayınlaşmağa qoymurdu. Belədə ilk dəqiqələrdən rəqibin qapısına doğru sıxışdırılması qaçılmaz oldu. Çoxsaylı hücumlar fasiləyə kimi hesabın açılmasını şərtləndirdi.
 
Matç ərzində 3 penalti qazanan, rəqibi azlıqda qoyan İnnosent Emeqara günün qəhrəmanı idi. Fərdi bacarığıyla buna nail olan futbolçu onlardan birini boşa verdi, digər ikisini Dani Kintana dəqiq reallaşdırdı. Amma Emeqaranın qaçırdığı penaltidən 4 dəqiqə sonra rəqibi eyni səhvə məcbur etməsi peşəkarlığının, ruhdan düşməməsinin göstəricisi idi. O, oyun epizodlarında da peşəkarlığını göstərir, komanda üçün oynayırdı.
 
Con Delarjın qolu daha çox komanda yoldaşlarının xidməti idi. Lakin “Qarabağ”ın bütün transferləri kimi onun da faydalı olacağını deyə bilərik. BATE-ylə oyuna kimi tam formaya düşsələr, bu oyunçularla yol uzun olacaq. Abdulla Zubir və Vaqner da Silva da inamlıdı, Donald Gerrye bu mövsüm çox artırıb. Simeon Slavçev səviyyəli oyunçudu, amma Riçard Almeydanı unutdura bilmir – səviyyəsinə söz yoxdu, sadəcə, oyun manerası başqadı və qərar tutduğu mövqenin tələbləri üzündən “Qarabağ”ın oyun tərzini dəyişməsinə səbəbkardı.
 
Ağdamlılarda xəttlərarası əlaqə zəifləyib, yeni oyun modelinin formalaşması üçün zamana ehtiyac var. Oyundan-oyuna bu üslub təkmilləşir, amma ideal deyil. BATE keçilsə, ən azı Avropa Liqasının qrupu rəsmiləşəcək, belədə yarımmüdafiəyə əlavə transfer lazım gələcək. O zaman “Qarabağ” daha möhkəm komanda təsiri bağışlayacaq. İndiki zamanda isə böyük xərc çəkib, futbolçu almaq risklidi. Qəza ehtimalı qalır, qruplardan kənar qalan klub üçün 8 komandalı Premyer Liqa üçün çox bahalı heyət israfçılıq olardı.
 
“Qarabağ” bu matçda həm də komanda kimi vahid ailə olduğunu göstərdi. Əvvəlki oyunlarda qol vura bilməyib ehtiyata düşən Mahir Mədətovun oyuna girişindən sonra bunu gördük. Emeqaranın matçın taleyini həll etməsindən sonra meydana çıxan futbolçu bir neçə şans qazandı, 2 real imkanı əldən verdi. Onun ruhdan düşdüyü aşkar görünürdü. Amma bu vaxt məşqçilər, komanda yoldaşları onu ruhlandırırdı. Hər epizoddan sonra Mahirə inanılmaz dəstək, alqış var idi. İstedadlı oyunçunu ruhlandırır, bədbinliyə qapılmamasına çalışırdılar, o da özü qol epizodları yaratmaqla bacarıqsız olmadığını isbatlayırdı.
 
Yenə qol vura bilmədi, amma komanda Mahiri bu matçda bir daha qazandı. Əvvəlki görüşlərdə narazı qalan azarkeşlərin bir ağızdan adını çəkib ona dəstək verməsi gözəl mənzərə idi. Mədətovun psixoloji problemi var, özünü komandadan daha çox düşünür. Dünənki dəstəkdən sonra özü özünə hesabat verməli, yanlışlarını düzəltməlidi.
 
Matç bitəndən sonra azarkeşlər bir daha Mədətovu yanına çağırdı, onu ruhlandırdı. Mahir də onlara təşəkkür, daha sonra amiqoluq etdi, bir yerdə tribuna rəqsinə başladılar. Bu motivasiya ilə o, BATE-yə hər iki oyunda qol vurmalıdı. Həmin BATE-yə ki, bu mövsüm qarşılaşacağımız ən ciddi rəqibdi.
 
FƏRİD
blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm