Dünya futbolu
UEFA Samir Nəsrinin cəza müddətini artırdı
UEFA Fransa yığmasının sabiq futbolçusu Samir Nəsri ilə b…
UEFA Fransa yığmasının sabiq futbolçusu Samir Nəsri ilə bağlı qərarında dəyişiklik edib.
Futbolinfo.az xəbər verir ki, qadağan olunmuş preparatdan istifadə etdiyi üçün Avropanın ali futbol qurumu tərəfindən 6 aylıq cəza alan Nəsrinin cəza müddəti 18 aya qaldırılıb. Bu barədə qurumun rəsmi saytı məlumat verib.
Samir bir müddət öncə UEFA-nın dopinq qəbul etməsi barədə araşdırma aparması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, bu qurum futbolçunun etirazını rədd etmişdi.
Karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Olimpik” (Marsel”) kimi komandalarda top qovmuş Nəsrinin son klubu “Antalyaspor” olub. 30 yaşlı futbolçu qışda Antalya təmsilçisindən ayrıldıqdan sonra işsizdi.
Fransız futbolçu 2019-cu ilin yanvar ayından sonra futbol meydanlarına geri dönə biləcək.