Ölkə futbolu
“Qarabağ” – BATE: Hər iki oyunun vaxtı dəqiqləşdi
Albaniya çempionu “Kukesi”ni mübarizədən kə…
Albaniya çempionu “Kukesi”ni mübarizədən kənarlaşdıran "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində BATE (Belarus) ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, artıq Ağdam klubunun növbəti mərhələdəki oyunlarının vaxtı da məlumdu.
Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
Cavab qarşılaşması isə avqustun 14-də olacaq. "Borisov Arena"da keçiriləcək cavab görüşü də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.