Dünya futbolu
Misir millisi meksikalıya tapşırıldı
Futbol üzrə Misir milli komandasının yeni baş məşqçi…
Futbol üzrə Misir milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, millinin “sükanı arxasına” meksikalı mütəxəssis Xavyer Aqirre gətirilib. Bu barədə məlumatı Misir Futbol Federasiyası yayıb.
59 yaşlı mütəxəssis daha öncə Meksika və Yaponya milli komandaları ilə yanaşı, “Atletiko” “Saraqosa” və “Espanyol” klublarını çalışdırıb. Aqirre son olaraq Səudiyyə Ərəbistanının “Əl Vahda” klubunda baş məşqçilik edib.
Misir Futbol Federasiyası DÇ-2018-dəki uğursuz çıxışından sonra baş məşqçi Hektor Kuperlə yollarını ayırmışdı. Argentinalı mütəxəssis Özbəkistan millisinin “sükanı arxasına” keçib.