Ölkə futbolu
“Qarabağ” BATE-ni keçsə… – 7 potensial rəqib
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərh…
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “köhlən atlar” ÇL-in 3-cü təsnifat mərhələsində BATE-ni (Belarus) mübarizədən kənarlaşdıracağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq. “Qarabağ”ın 7 potensial rəqibi var. Bunlar PSV (Hollandiya), eləcə də “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya), “Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) və “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.
"Qarabağ" – BATE cütü ilə yanaşı, səpələnməmişlər səbətində “Yanq Boyz” (İsveçrə), “Malmö” (İsveç) – “Videoton” (Macarıstan), “Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya) cütlərinin qalibləri də olacaq.
Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21-22 və 28-29 avqustda keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?