Ölkə futbolu
Namiq Ələsgərov: “Dönüşümü səbirsizliklə gözləyirəm”
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov z?…
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib:
"Fərdi məşqlərə başlamışam. Çox şadam ki, bərpa prosesi gözlədiyimizdən daha tez gedir. Artıq 3-4 günə komanda ilə məşqlərə qoşulacam. Sözün düzü, buna ümid etsəm də, gözləmirdim. Amma sağ olsun həkimlər, əllərindən gələni etdilər ki, çempionatın startınadək hazır olum”.
Futbolçu yaşıl meydanlara dönüşünü səbirsizliklə gözlədiyini bildirib: "Komandaya kənardan baxmaq və kömək edə bilməmək çox ağırdı. Odu ki, dönüşümü səbirsizliklə gözləyirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Doğma azarkeşlərimizin gözləri önündə növbəti oyuna çıxmağı çox istəyirəm”.
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə ilk oyunda zədələnən Namiq Ələsgərovun sol dizində ön çarpaz bağ gərilmiş və hissəvi qopma olmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?