Ölkə futbolu
“Qarabağ” səviyyəli legionerlərdən təşkil olunmuş möhkəm komandadı”
Azərbaycan çempionu “Qarabağ” Çempionlar L…
Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, BATE-nin kapitanı İqor Staseviç Azərbaycan çempionu ilə qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib. O, “Qarabağ”ın səviyyəli legionerlərdən təşkil olunmuş komanda olduğunu deyib:
“Tezlikə “Qarabağ”la oyunun hazırlığına başlayacağıq. Bu komandanın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini bilirəm. “Qarabağ” səviyyəli legionerlərdən təşkil olunmuş möhkəm komandadı. Amma düşünürəm ki, hər şey gücümüz daxilindədi”.
Bu komandalar arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü isə bir həftə sonra Borisovda olacaq.