Premyer-liqa
Böyük oyun: “Xəzər Lənkəran” azarkeşlərə bilet verməyəcək
Bu həftə baş tutacaq “Neftçi” – “Xə…
Bu həftə baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” oyununa qonaq azarkeşlər buraxılmayacaq. Futbolinfo.az xəbər verir ki, çempionatın ilk dövrəsində baş verən hadisələrdən sonra AFFA bununla bağlı qərar qəbul edib.
Ancaq düzü, lənkəranlı azarkeşlərin bu matça biganə qalacaqlarına inanmırıq. Onların istənilən yolla stadiona daxil olacağı gözlənilir. Hər halda azarkeşlərin hansı kluba azarkeşlik edəcəyini polislər müəyyənləşdirə bilməz. Bu səbəbdən də cənubluların hətta tək-tək də olsa oyuna gedib tribunada birləçəcəyini ehtimal etmək olar.
Məsələylə bağlı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun da fikirlərini öyrəndik: "Xəzər Lənkəran" olaraq heç bir azarkeşi stadiona dəvət etmirik. Əvvəllki matçlarda azarkeşlərimizi nəqliyyat vasitəsi ilə və biletlə təmin edirdik. Amma "Neftçi" ilə oyuna bilirsiz ki, cəza səbəbindən azarkeş buraxılmayacaq. Nəinki Bakıda, hətta bölgələrdə də yetərincə "Xəzər Lənkəran" azarkeşləri var. Hətta Superkubok matçında stadionda bizi dəstəkləyən naxçıvanlılar da az deyildi. Bu oyuna da kim gəlmək istəsə, özü bilet alıb gələ bilər".
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”