Premyer-liqa
Azərbaycan derbisində rekord
Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekord…
Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, 2-ci turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib.
“Azərsun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.
Qeyd edək ki, arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”