Dünya futbolu
Mahmudovsuz “Ayntraxt” ilk xalını qazandı
Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub …
Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Ayntraxt” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Murad bu görüşün iştirakçısı olmayıb.
Frankfurt təmsilçisi hazırda cəmi 1 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.