Dünya futbolu
Super Liqa klubunda yeni hücumçu – FOTO
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbol…
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Qana əsilli italiyalı hücumçu Çaleb Ekubanı transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İngiltərənin “Lids” klubundan transfer olunan 24 yaşlı futbolçu artıq Trabzona gəlib. Onun tezliklə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atması gözlənilir.
“Lids”də 2017-ci ildən çıxış edən futbolçu geridə qalan mövsümdə bu komanda ilə 21 oyuna çıxıb, 2 qola imza atıb.