Dünya futbolu
“Valensiya”dan 50 milyon avroluq transfer
İspaniyanın “Valensiya” klubu heyətini PSJ-nin futbol&c…
İspaniyanın “Valensiya” klubu heyətini PSJ-nin futbolçusu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, “yarasalar” Paris təmsilçisinin portuqaliyalı futbolçusu Qonsalo Quedesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ötən mövsümdən İspaniya klubunun heyətində icarə əsasında çıxış edən 21 yaşlı cinah futbolçusu üçün “Valensiya” 50 milyon avro ödəyəcək.
Peşəkar karyerasına “Benfika”da başlayan Quedes, 2017-ci ildə PSJ-yə transfer olunsa da, paytaxt təmsilçisinin heyətində forma geyinmək şansı tapmamış, “Valensiya”ya icarəyə verilmişdi. Ötən mövsüm “yarasalar”ın heyətində 38 oyuna çıxan portuqaliyalı futbolçu 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir