Dünya futbolu
“Liverpul”un futbolçusu Liqa 1 klubunda
İngiltərənin “Liverpul” klubunun futbolçusu Şey…
İngiltərənin “Liverpul” klubunun futbolçusu Şeyi Ojo karyerasını Fransada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu Liqa 1 təmsilçisi “Reyms”ə mövsümün sonunadək icarəyə verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Liverpul”un heyətində 13 qarşılaşmaya çıxan Ojo, son mövsümü icarə əsasında “Fulhem”də keçirib.
Yarımmüdafiəçi İngiltərə millisinin aşağı yaş qruplarında forma geyinib.