Dünya futbolu
“Liverpul”, “Çelsi” və MS-dən qələbə
Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura start…
Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, açılış oyununda “Liverpul” səfərdə “Lester Siti” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada qonaqlar çətin qələbəyə seviniblər.
Son çempion “Mançester Siti” doğma divarlar arasında “Nyukasl”la qarşılaşıb və qələbə qazanıb.
“Çelsi” də evdə “Bornmut”u 2 cavabsız qolla məğlub edib.
İngiltərə Premyer Liqası
4-cü tur
1 sentyabr
Lester Siti – Liverpul 1:2
Qol: Gezzal, 63 – Mane, 10. Firmino, 45.
Brayton – Fulhem 2:2
Qol: Murrey, 67; 84-pen – Şürrle, 43. Mitroviç, 62.
Çelsi – Bornmut 2:0
Qol: Pedro, 72. Azar, 85.
Kristal Pelas – Sauthempton 0:2
Qol: İnqs, 47. Hoybyerq, 90.
Everton – Haddersfild 1:1
Qol: Levin, 36 – Billinq, 34.
Vest Hem – Vulverhempton 0:1
Qol: Traore, 90.
Mançester Siti – Nyukasl 2:1
Qol: Sterlinq, 8. Uolker, 52 – Yedlin, 30.
2 sentyabr
16:30 Kardiff Siti – Arsenal
19:00 Bernli – Mançester Yunayted
19:00 Uotford – Tottenhem