Dünya futbolu
“Bursaspor”dan PSV-yə
Türkiyənin “Bursaspor” klubundan ayrılan Aziz Behi&…
Türkiyənin “Bursaspor” klubundan ayrılan Aziz Behiçin yeni komandasının adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Avstraliya yığmasının üzvü Hollandiyanın PSV klubuna transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Behiç Hollandiya klubunda 3 nömrəli formanı geyinəcək.
Avstraliyalı futbolçu 2013-cü ildən “Bursaspor”da çıxış edirdi.