Dünya futbolu
“İnter” və “Atalanta”nın hücumçuları Liqa 1 klubunda
Fransanın “Bordo” klubu heyətini yeni futbolçular…
Fransanın “Bordo” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “İnter” və “Atalanta” klublarına məxsus Yann Karamo ilə Andreas Korneliusu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu 1 illik icarəyə götürülüb.
20 yaşlı Karamo hücumçudu. Fransalı futbolçu “Kan” klubunun yetirməsidi. O, “İnter”ə 2017-ci ildə transfer olunub. Milan təmsilçisində 17 oyuna çıxan forvard cəmi 1 qola imza atıb.
Danimarka yığmasının üzvü olan Kornelius da 2017-ci ildən “Atalanta”da forma geyinir. 25 yaşlı hücumçu A Seriyasında keçirdiyi 23 oyunda 3 qol vurub.