Dünya futbolu
Belçika millisinin üzvü rəsmən “Monako”da
Fransanın “Monako” klubu heyətini yeni futbolçu i…
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 nəhəngi Belçika yığmasının İngiltərənin “Vest Bromviç” klubunda forma geyinən üzvü Naser Şadlini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Şadli daha öncə “Tottenhem”, “Tvente”, “Apeldorn” klublarında da oynayıb. Son iki mövsümdə isə Belçika yığmasının üzvü “Vest Bromviç”də forma geyinirdi.
Belçika yığmasında 50-dən çox oyun keçirmiş yarımmüdafiəçi Rusiyadakı dünya çempionatına da aparılmışdı.