Dünya futbolu
Ukraynalı hücumçu Super Liqa klubunda
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbol&c…
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukraynanın “Çernomorets” klubunun hücumçusu Aleksandr Qladkini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı ukraynalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qladki karyerası ərzində “Karpatı”, “Dnepr” klubları ilə yanaşı, ölkəsinin iki nəhəng komandasında – Kiyev “Dinamo”su ilə Donetsk “Şaxtyor”unda da forma geyinib. Təcrübəli hücumçu “Şaxtyor”un heyətində Avropa Liqasının qalibi də olub.