Dünya futbolu
Marsel “Olimpik”i serb hücumçu aldı
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbol&…
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 nəhəngi Serbiyanın “Srvena Zvezda” klubunun hücumçusu Nemanya Radoniçi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Marsel klubunun bu transferə görə 12 milyon avrosundan keçdiyi bildirilir. 22 yaşlı serbiyalı futbolçu 7 nömrəli forma altında çıxış edəcək.
Gənc futbolçu ötən ildən Serbiya yığmasına da dəvət olunur.