Ölkə futbolu
Kosovo 3 məşqlə kifayətlənəcək
Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya St…
Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda millimizə qarşı keçirəcək Kosovo oyunun hazırlıqlarına bu gün start verəcək.
Bernard Şalandesin rəhbərliyi altında bir araya gələcək kollektiv ilk məşqini isə sentyabrın 4-də keçirəcək. Bakıya səfər öncəsi"Fadil Vakkri" stadionunda 2 məşq keçməyi planlaşdıran kosovoluların oyunöncəsi son hazırlığı isə sentyabrın 6-da paytaxtımızda olacaq.
Xatırladaq ki, Azərbaycan – Kosovo oyunu saat 21:00-da başlayacaq.