Ölkə futbolu
Biri sıraya döndü, ikisi fərdi məşq edir – “Sumqayıt”ın zədəliləri
“Sabah”la yoxlama görüşündən sonra 1 g&uu…
“Sabah”la yoxlama görüşündən sonra 1 günlük istirahətə buraxılan “Sumqayıt” Topaz Premyer Liqasının 4-cü turunda “Qarabağ”la keçiriləcək qarşılaşmaya hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi ilə Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda bu gün növbəti məşqini keçirib.
Milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev və Ülvi İsgəndərov məşqdə iştirak etməyib. Bundan başqa Elvin Məmmədov və Vurğun Hüseynov zədəli olduqları üçün fərdi məşqlə kifayətləniblər. Zədəsini bərpa edən Rail Məlikov isə artıq komandaya qoşulub.
Təxminən 1.5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, komandanın növbəti məşqi sabah saat 11:00-da keçiriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”