Milli komanda
Maltalı hücumçu millimizə meydan oxudu
“Farer Adalarına uduzmaq bizi çox üzdü. Amma g…
“Farer Adalarına uduzmaq bizi çox üzdü. Amma geridönüş edəcəyik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının D Liqasının 3-cü qrupunda Azərbaycan millisini qəbul edəcək Malta yığmasının hücumçusu Andre Şembri söyləyib.
32 yaşlı hücumçu millimizə qalib gələcək gücdə olduqlarını vurğulayıb: "Bu oyunda qalib gəlmək istəyirik. Komandamız Azərbayanla oyunda yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclüdü. Biz bunu rəqibimizə keçmişdə sübut etmişik. Taktiki gedişlərin üzərində çox çalışmışıq. Komandada yaxşı ab-hava var”.
Azərbaycan və Malta milliləri 6 dəfə qarşılaşıblar. 3 dəfə Malta, 2 dəfə millimiz qalib gəlibsə, 1 oyunda da qalib müəyyənləşməyib.
Qeyd edək ki, bu gün Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…