Milli komanda
Millimizdə ciddi itki
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında Malt…
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında Malta yığmasıyla səfər matçında ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, millimizin sağ cinah müdafiəçisi Pavel Paşayev rəqib futbolçu ilə mübarizə zamanı ayağından ağır zədə alıb.
Ukraynanın "Aleksandriya" klubunun şərəfini qoruyan millimizin üzvünə həkimlər tərəfindən ilkin yardım göstərilsə də, zədəsi ağır olduğundan, meydana qayıtması mümkün olmayıb.
Bu üzdən də Qurban Qurbanov matçın 33-cü dəqiqəsində onun əvəzində Ürfan Abbasovu meydana buraxıb.
Xatırladaq ki, Ürfan Kosovo ilə Bakı Olimpiya Stadionunda qolsuz bərabərliklə başa çatan ilk turun matçında sol cinah müdafiəçisi mövqeyində 90 dəqiqə oynamışdı. Bu dəfə isə o, Pavelin yer aldığı sağ cinah müdafiəçisi mövqeyində oynayır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…