Ölkə futbolu
Tahir Süleymanov AFFA-nın təklifindən imtina etdi
AFFA yeni yaradılan Hakim və Hakim-İnspektorlar Komitəsinin tərki…
AFFA yeni yaradılan Hakim və Hakim-İnspektorlar Komitəsinin tərkibini müəyyənləşdirməyə başlayıb. İcraiyyə Komitəsinin iclasından və assosiasiyadakı brifinqdən dərhal sonra iclas keçirilib.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov yeni sədr Frits Stuxlikin iştirakı ilə komitənin idarəedici heyətini müəyyənləşdirməyə çalışıb. Və bu məqsədlə o, toplantıya sabiq FIFA referiləri – Tahir Süleymanov, Vüsal Əliyev, Anar Salmanovu, əvvəllər komitədə fəaliyyət göstərmiş Elçin Məmmədovu, eləcə də veteran futbolçu, son olaraq “Sabah”ın baş məşqçisi olmuş Arif Əsədovu, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovu və başqa şəxsləri dəvət edib.
Bu görüşdə məqsəd Tahir Süleymanov, Vüsal Əliyev, Anar Salmanov, Arif Əsədov və Vaqif Sadıqovdan ibarət tərkibi təyin etmək imiş. Belə ki, komitə bu adamlardan qurulmalı və vəzifə bölgüləri edilməliymiş. Prinsipcə, hamı bununla razılaşıb. Məsələn, Əsədov bizimlə söhbətdə etiraf etdi ki, onu da bu məqsədlə dəvət ediblər, amma komitədə olub-olmayacağı qarşıdakı günlərdə bəlli olacaq.
Yeni tövsiyəyə görə birləşmiş komitələrdə veteran futbolçuların, məşqçilərin də xidmətindən istifadə olunur. Bu təcrübə yeni deyil və Stuxlik də məhz eyni sistemi tətbiq etmək niyyətindədi.
Bu tərkib Elxan Məmmədovun istəyi, ssenarisi əsasında seçilib. Amma planları Tahir Süleymanov pozub. Sabiq FIFA referisi çoxillik klub funksionerliyindən sonra komitəyə qayıtmaq istəməyib. O, görüşlə bağlı dəvəti qəbul etsə də, adi komitə işçisi kimi işləməyi lazım bilməyib. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şakir Qəribov kimi nüfuzunu 1000 manatlıq maaşa görə itirmək istəməyən Süleymanov layiq olduğu təklifi alana kimi işsiz qalmağı məsləhət bilib.
Tahir bəy bizimlə söhbətdə təklifdən imtinasını təsdiqlədi, amma detallara varmadı. Bu barədə AFFA-dan rəsmi açıqlama verildikdən sonra danışa biləcəyini dedi. Bununla belə, əvvəlcədən hər hansı təyinatla bağlı dəvət almadığını, müzakirə üçün çağırıldığını və məmnuniyyətlə görüşə razılaşdığını dedi.
Görünür, Məmmədov onunla razılaşmadan məsələni İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb. Əks halda, iş bu həddə çatmazdı. O, əmin imiş ki, iş üçün növbəyə duranlar kimi, Süleymanov da hər xırda təklifə razılaşacaq. Lakin həyatda özünə, bacarığına dəyər verən insanlar da var. Tahir bəy də elə iclasdaca aldığı təklifdən düşünmədən imtina edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?