Dünya futbolu
Emeriden Avroliqa ilə bağlı iddialı açıqlama
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi …
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqası ilə bağlı hədəflərindən danışıb.
Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatına açıqlama verən ispaniyalı mütəxəssis bu turnirə ciddi yanaşdıqlarını bəyan edib:
“Avropa Liqası Çempionlar Liqasından sonra Avropanın ən vacib ikinci turniridi. Komandanın ÇL-də oynaması vacib məqamlardan biridi. Ancaq Avroliqanın qalibinin Çempionlar Liqasına birbaşa vəsiqə qazanması bu turnirə olan marağı daha da artırıb. “Mançester Yunayted” də Avroliqada oynayıb. Onlar ÇL-ə vəsiqəni məhz Avroliqa vasitəsilə qazanıblar. Biz də bu turnirin qalibi olmaq üçün mübarizə aparacağıq. Avroliqa bizə çox şeydə yardımçı ola bilər”.
Qeyd edək ki, “Arsenal” Avroliqanın qrup mərhələsində “Sportinq” və “Vorskla” ilə yanaşı “Qarabağ”ın yer aldığı E qrupunda mübarizə aparacaq.